"Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetləri çərçivəsində Aİ ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Aİ ölkələri arasında bir sıra dövlətlər Azərbaycanla əlaqələrə daha çox önəm verməklə yanaşı həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıqlar qururlar. Azərbaycanın enerji ehtiyatlarının Aİ-na ixracı çərçivəsində 10-dan çox Aİ ölkəsi bundan yararlanır. Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə qalxır".
Bu fikirləri
Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Azərbaycan Prezidentinin Slovakiyaya səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycanda Slovakiya ilə hərbi təyinatlı məhsulların istehsalı nəzərdə tutulur:
"Ölkələr arasında humanitar sahədə də əməkdaşlıq genişlənir. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişafında böyük rol oynayır".
Anar