"Azərbaycan dövləti ilə Slovakiya arasında diplomatik münasibətlərin formalaşması hər iki ölkənin müstəqillik qazanmasından sonra başlanmış və həmin dövrdən etibarən əlaqələr ardıcıl şəkildə inkişaf etmişdir. İkitərəfli münasibətlərin möhkəmlənməsində və genişlənməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasına etdiyi səfər xüsusi rol oynamışdır. 18 mart 2004-cü ildə Prezident İlham Əliyevin Slovakiyaya işgüzar səfəri əməkdaşlığın siyasi əsaslarını daha da gücləndirərək iki ölkə arasında tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı olmuşdur".
Planetinfo.az xəbər verir ki, bunu YAP üzvü Zülfiyyə Mahmudova deyib. O bildirib ki, cari ilin dekabrın 8-də Azərbaycan və Slovakiya prezidentlərinin mətbuata verdikləri birgə bəyanat isə münasibətlərin bu günkü strateji səviyyəyə yüksəldiyini bir daha təsdiqlədi:
"Dövlət başçıları siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə ortaq iradə nümayiş etdirdilər. Bəyanatda Azərbaycan–Slovakiya tərəfdaşlığının Avropa məkanında sülhə, sabitliyə və davamlı inkişaf proseslərinə töhfə verdiyi vurğulandı. Hər iki lider enerji sahəsində birgə layihələrin əhəmiyyətini qeyd edərək, qarşıdakı dövrdə ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması istiqamətində razılıqlarını ifadə etdilər".
Anar