[center]

[/center
"12 dekabr Azərbaycan tarixinin müasir mərhələsini formalaşdıran, dövlətçilik məktəbinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Onun adı yalnız bir dövrün deyil, bütöv bir millətin taleyinə yazılmış strateji düşüncənin, siyasi iradənin və dövlətçilik məsuliyyətinin simvoludur".
Bu fikirləri
Planetinfo.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O deyib ki, Heydər Əliyev XX əsrin ən mürəkkəb siyasi çağırışları içində Azərbaycanı parçalanmaq təhlükəsindən çıxararaq, dövlətin dayaqlarını möhkəmləndirdi, müstəqilliyimizi dönməz etdi və bu ölkəni xaosdan inkişaf yoluna yönəltməyi bacardı:
"Onun həyata keçirdiyi neft strategiyası isə Azərbaycanın iqtisadi gələcəyini müəyyən edən ən böyük siyasi miraslardan biri olaraq tarixə düşdü".
İctimai birlik sədri qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq arenada güclü söz sahibi kimi çıxış edirsə, regionda sülh və təhlükəsizlik mərkəzinə çevrilibsə, bunun təməlində Ulu Öndərin uzaqgörən siyasəti, sarsılmaz dövlətçilik fəlsəfəsi və milli maraqlara söykənən qərarları dayanır:
"Heydər Əliyev öz xalqını daim sevən, millətinin gələcəyini hər şeydən üstün tutan lider idi. Onun yaratdığı siyasi xətt bu gün də yaşayır, Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını təşkil edir.
Ulu Öndərin əziz xatirəsi bu gün də hər bir azərbaycanlının qəlbində ehtiramla anılır. Onun ideyaları isə gələcək nəsillərə yol göstərən bir məktəb olaraq daim yaşayacaq. Ulu öndərin xatirəsi xalqımız üçün həmişə əziz və uca olacaq".
Anar