“Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış məlum sənəddə təhlükəsizliklə bağlı əməkdaşlıq əlaqələrini genişləndirmək müddəaları yer alır və bu müddəalar həm imkan, həm də geopolitik gərginlik mənbəyi olaraq qəbul edilə bilər. Sənədin bəzi maddələri xüsusi olaraq Azərbaycanın konstitusiyasına və suverenliyinə xələl gətirir”.
Planetinfo.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, sənəddə erməni “məcburi köçkünlərin” hüquqları və delimitasiya ilə bağlı çağırışların yer alması, Aİ-nın beynəlxalq hüquq normalarına uyğun olmayan addımları kimi qəbul edilməsi lazımdır:
“Aİ-nın bu addımları gələcəkdə iki ölkə arasında lokal insdentlərə gətirib çıxara bilər və yekun sülh müqaviləsinin bağlanması prosesinə əngəllər yarada bilər. Bəli, Ermənistan və Aİ yetkililərinin təbirincə desək, Aİ-Ermənistan əməkdaşlığında qeyd edilənlər regionda yeni iqtisadi imkanların yaradılması istiqamətində faydalı olacağını sübut etməyə çalışırlar. Amma, eyni zamanda demək lazımdır ki, bütün bunlar Aİ-nın, Azərbaycanın beynəlxalq marşrut və tranzit siyasətinə və maraqlarına qarşı alternativ olaraq Ermənistanı dirçəltmək siyasəti ilə bağlıdır”.
Anar