Siyasət 12-12-2025, 01:00

Heydər Əliyev yalnız bir dövlət xadimi deyil, həm də sistem qurucusu idi



"Xalqımızın taleyində dönüş nöqtəsi yaratmış bir lideri – Ulu Öndər Heydər Əliyevi hörmət və dərin ehtiramla yad edirik. Onun dövlətçilik vizyonu, strateji yol xəritəsi və cəmiyyətə verdiyi sabitlik konsepti bu gün də Azərbaycanın inkişaf modelinin əsas dayaqları olaraq qalır".

Planetinfo.az xəbər verir ki, bunları əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova qeyd edib. O bildirib ki, Heydər Əliyev yalnız bir dövlət xadimi deyil, həm də sistem qurucusu idi:

"İdarəetmə fəlsəfəsi, insan kapitalına verdiyi dəyər və gələcəyə yönəlmiş dövlətçilik kursu bu gün ölkəmizin modern transformasiyasına ilham verir.

Bu irs üzərində qurulan güclü Azərbaycan modeli – sabitlik, yenilik və strateji düşüncə sintezidir. Hər birimizin məsuliyyəti bu mirası daha da inkişaf etdirərək gələcək nəsillərə daha güclü şəkildə ötürməkdir".

Anar

Xəbər lenti