Azərbaycanın Heydər Əliyev dövrü tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilməyə layiqdir.
Planetinfo.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev xarakter etibarilə qurucu, yaradıcı insan, bənzəri olmayan bir şəxsiyyət idi:
"Yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər birimizə örnəkdir. Müstəqillik dövründə məhz ulu öndərimizin gərgin səyləri, müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəltmişdir. Bu gün Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də bu cənnət diyarın rəşadət, fədakarlıq, mərdlik və məğrurluq timsalıdır. O, Günəş kimi təmənnasız bir şəxsiyyət idi".
Əıi İbrahimovun sözlərinə görə, danılmaz bir həqiqətdir ki, Heydər Əliyevin həyat prinsipi həmişə ədalət, sülh, əmin - amanlıq, xalqın rifahı və dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olub.
Anar