Siyasət / Dünya 17-12-2025, 10:39

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 160 şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 160 şübhəli saxlanılıb
Türkiyədə "Fətullahçı" terror təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib, iki həftə ərzində 160 şübhəli şəxs saxlanılıb.

Planetinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb.

Məlumata görə, 39 vilayətdə keçirilən əməliyyat zamanı saxlanılanlardan 90-ı həbs olunub, 52 nəfər isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.

Xəbər lenti