Siyasət 17-12-2025, 13:44

Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir




“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycanın Yaxın Şərq siyasətində balanslı və çoxşaxəli xətt yürütməsinin davamı kimi də dəyərləndirilə bilər. BƏƏ regionda həm iqtisadi, həm də siyasi baxımdan mühüm aktor hesab olunur və Bakı üçün bu ölkə ilə sıx tərəfdaşlıq regional və qlobal miqyasda manevr imkanlarını genişləndirir. Eyni zamanda, BƏƏ üçün Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaş, Avropa ilə Asiyanı birləşdirən strateji platforma rolunu oynayır”.

Bunları Planetinfo.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu səfər siyasi dialoqun möhkəmlənməsi ilə yanaşı, iqtisadi, humanitar və beynəlxalq əməkdaşlıq sahələrində uzunmüddətli və dayanıqlı tərəfdaşlıq üçün möhkəm zəmin yaradır”.

Politoloq deyib ki, səfərin diqqətçəkən məqamlarından biri Azərbaycan və BƏƏ dövlət başçılarının “Gələcəyin oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində birgə iştirak etməsidir:

“Bu fakt münasibətlərin yalnız siyasi və iqtisadi müstəvi ilə məhdudlaşmadığını, humanitar, mədəni və idman diplomatiyası sahəsində də genişləndiyini göstərir. İdman tədbirləri vasitəsilə qurulan əməkdaşlıq ölkələrin beynəlxalq imicinin gücləndirilməsi, gənclər arasında əlaqələrin inkişafı və “yumşaq güc” alətlərinin effektiv istifadəsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Anar

Xəbər lenti