“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü dövlətin hüquqi, sosial və mənəvi dəyərlərə söykənən idarəçilik modelinin bariz nümunəsidir”.
Planetinfo.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Sahib Şükürov deyib. O bildirib ki, bu təşəbbüs ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasının, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinin və cəza siyasətinin humanist əsaslar üzərində qurulmasının davamlı xarakter daşıdığını bir daha nümayiş etdirir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı hüquq islahatları çərçivəsində məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, cəzaların fərdiləşdirilməsi və alternativ cəza mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdəndir. Bu kontekstdə amnistiya və əfv institutları dövlətin cəmiyyətə münasibətində mərhəmət, sosial ədalət və məsuliyyət balansını qoruyan mühüm hüquqi alətlər kimi çıxış edir”.
Hakim partiya təmsilçisi qeyd edib ki, amnistiya təşəbbüsləri eyni zamanda dövlətin sosial siyasətinin tərkib hissəsidir:
“Bu addımlar ailə institutunun möhkəmləndirilməsinə, sosial gərginliyin azalmasına, ictimai həmrəyliyin güclənməsinə xidmət edir”.
Anar