“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında dövlətlərarası münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Təbii ki, mövcud müsbət tendensiya məhz liderlərin prinsipal və düşünülmüş strateji yanaşmaları fonunda mümkün olur. İstər cənab Prezident İlham Əliyev, istəsə də Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan mütəmadi olaraq qarşılıqlı səfərlər etməklə xalqlarımız arasında dostluq bağlarını daha da möhkəmləndirirlər”.
Bu fikirləri
Plametinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, rəsmi Əbu - Dabi Azərbaycan və Ermənistan arasında keçmiş münaqişə zamanı beynəlxalq müstəvidə hər zaman ölkəmizin haqlı mövqeyini dəstəkləmiş, haqqın yanında olmuşdur:
“İndi isə tamamilə yeni geosiyasi konfiqurasiya formalaşdırıb. Azərbaycan işğalı sonlandırıb, sülh gündəliyi fonunda bölgənin perspektivlərini aktuallaşdırıb. Birləşmiş Ərəb Əmirlikləri də öz növbəsində ölkəmizin investisiya imkanlarını, potensialını doğru qiymətləndirir, bu istiqamətdə yeni layihələr üzərində işlər həyata keçirilir”.
Pərviz Mirizadə qeyd edib ki, əməkdaşlığımız təkcə siyasi, iqtisadi və mədəni sahələr üzrə məhdudlaşmır:
“Gündəlikdə hərbi- texniki əməkdaşlıq prioritetlər sırasındadır. Və qeyd etmək lazımdır ki, proses çərçivəsində yeni nailiyyətlər əldə edilir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri regional proseslər, xüsusilə, Yaxın Şərq gündəliyində yaxından iştirak edirlər. Bu tərəfdaşlıq isə birmənalı şəkildə regional istiqrara hesablanmış siyasi baxışdır”.
Anar