Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığında İranın Türkiyə hava məkanını pozmasının qəbuledilməz olduğunu və Ankaranın cavab tədbirləri görəcəyini bildirib.
Planetinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur:
"Nazir Hakan Fidan Türkiyənin hava məkanının pozulmasının qəbuledilməz olduğunu və Türkiyənin bütün zəruri cavab tədbirlərini görməyə davam edəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, münaqişənin bütün tərəfləri regional təhlükəsizliyə xələl gətirə biləcək və mülki şəxslər üçün təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidirlər".
Əraqçi isə öz növbəsində Türkiyə hava məkanına doğru yönələn raketlərin İran ərazisindən atılmadığını bildirib.
O, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılacağına söz verib.