"İraq İslam Müqaviməti" hərəkatı 12 gün ərzində Yaxın Şərqdəki Amerika hərbi bazalarına qarşı 300-ə yaxın əməliyyat keçirib.
Planetinfo.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında məlumat dərc olunub.
Belə ki, hücumlar nəticəsində 13 ABŞ hərbçisi həlak olub, onlarla insan yaralanıb.
Xüsusilə, son 1 gün ərzində hərəkat onlarla dron və raketdən istifadə edərək 31 hücum həyata keçiriblər.