Siyasət 11-03-2026, 14:45

"Hərbi xərclərin artırılması Avropanı ABŞ-dən asılı vəziyyətə salacaq” - Sançez

"İspaniya ÜDM-in 5%-nin hərbi xərclərə ayrılmasına qarşıdır, çünki bu, Avropa müdafiə sənayesini Amerika sənayesindən daha çox asılı vəziyyətə salacaq".

Planetinfo.az xəbər verir ki, bu sözləri İspaniyanın Baş naziri Pedro Sançes deyib.

Onun sözlərinə görə, Madrid həmişə güclü transatlantik münasibətlərin tərəfdarı olub.


Baş nazir qeyd edib ki, paradoksal səslənsə də, bu transatlantik münasibətlərin gücləndirilməsi indi Avropa sütununun gücləndirilməsini tələb edir. ABŞ artıq Avropa təhlükəsizliyinin avropalıların çiyinlərində olmalı olduğunu açıq şəkildə bildirib.

Qeyd edək ki, İspaniya hökuməti əvvəllər ÜDM-in 2%-ni hərbi xərclərə ayırmaqla NATO öhdəliklərini yerinə yetirə biləcəyini bildirib. Lakin ötən ilin iyun ayında NATO zirvə toplantısından sonrakı yekun iclasda bildirilib ki, alyans liderləri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəliblər. Bu məbləğə müdafiə infrastrukturunun inkişafı üçün 1,5% və Ukraynaya hərbi təchizat da daxildir.

Xəbər lenti