ABŞ Hərbi Dəniz Qüvvələri Amerika hökumətinin tezliklə bu cür əməliyyatlara başlayacağına dair vədlərinə məhəl qoymayaraq gəmiləri Hörmüz boğazından hər gün müşayiət etməkdən imtina edib.
Planetinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi hər gün gəmiçilik sənayesinin nümayəndələrindən müşayiətçilərlə bağlı sorğular alır, lakin onlar bunun çox təhlükəli olacağını bildirirlər.
Qeyd edək ki, daha əvvəl ABŞ Enerji Naziri Kris Rayt X-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında bir tankeri müşayiət etdiyini açıqlayıb.
Daha sonra o, bu paylaşımını silib və Ağ Evin mətbuat katibi Kerolin Livit brifinqdə ABŞ-nin boğazdan neft tankerlərini müşayiət etmək üçün əməliyyatlar aparmadığını açıqlayıb.