ABŞ Senatının əməkdaşlarına məlumat axtarmaq və sənədləri emal etmək üçün bir neçə süni intellektlə işləyən çatbotdan istifadə etmək səlahiyyəti verilib.
Planetinfo,az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, işçilərə rəsmi olaraq Microsoft-un Copilot, OpenAI-ın ChatGPT və Google-un Gemini proqramlarından istifadə etmək səlahiyyəti verilib.
Qeyd edilib ki, sənədlərin hazırlanması və redaktə edilməsi, məlumatların ümumiləşdirilməsi, müzakirə mövzularının və brifinq materiallarının hazırlanması, məlumatların axtarışı və təhlili daxil olmaqla, Senatın adi işlərində kömək edə bilər.
Senat, Copilot-a daxil edilən məlumatların təhlükəsiz Microsoft 365 Government platformasında qaldığına əminlik verib.
Lakin, digər səlahiyyətli çatbotların məlumatları necə emal edib göndərdiyi, eləcə də məxfi məlumatlara çıxışı olan işçilərin onlarla necə qarşılıqlı əlaqədə olduğu barədə məlumat verilməyib.
Oxşar icazə Nümayəndələr Palatasının bəzi işçilərinə də verilib. Bəzi vəzifəli şəxslərin köməkçilərinə Copilot, Gemini, ChatGPT və Anthropic-in Claude alətindən istifadə etməyə icazə verilib.