İranla 10 günlük müharibədə 150-yə qədər ABŞ əsgəri yaralanıb.
Planetinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Maraqlısı odur ki, bu rəqəm öncədən açıqlanmayıb.
Bu məlumatdan öncə Pentaqon yalnız səkkiz amerikalı hərbçinin ağır yaralandığını bildirib.
Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, 140 yaralanan əsgərdən artıq 108-i vətənə qayıdıb.
Parnell əlavə edib ki, ağır yaralanan səkkiz əsgər ən yüksək səviyyəli tibbi yardım alır.