Siyasət 12-03-2026, 13:00

Xarici banklar işçilərinə Dubay və Qətərdəki ofislərə getməməyə çağırıb


ABŞ və İsrailin İranın ən qədim bankına zərbə endirməsindən sonra xarici banklar işçilərini Dubay və Qətərdəki ofislərinə baş çəkməkdən çəkinməyə çağırıb.

Planetinfo.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

ABŞ-nin Citi bankı daxili bildirişində artan təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, Dubay Beynəlxalq Maliyyə Mərkəzindəki regional qərargahını işçilərinə dərhal tərk etmələrini əmr edib.

Britaniyanın "Standard Chartered" bankı da regional mərkəzinin işçilərini uzaqdan işə keçirib. Qonşu Qətərdə HSBC müvəqqəti olaraq hər üç filialını bağlayıb.

Xəbər lenti