Siyasət 12-03-2026, 15:03

Müharibə başlayandan İran, Livan və İsraildə ölənlərin sayı AÇIQLANDI

Yaxın Şərqdə münaqişənin başlamasından bəri İran, Livan və İsraildə 1800-dən çox insan həlak olub, 12 mindən çox insan yaralanıb.

Planetinfo.az xəbər verir ki, bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən açıqlanıb.

O, bu barədə sosial media hesabında yazıb:

“İranda 1300-dən çox insan ölüb, 9000 nəfər yaralanıb, Livanda 570 nəfər ölüb, 1400-dən çox insan yaralanıb, İsraildə isə 15 nəfər ölüb, 2142 nəfər yaralanıb”.

Xəbər lenti