"İran qonşu ölkələrdən ABŞ-nin onların ərazilərindən sui-istifadə etməsinə icazə verməmələrini istəyib".
Planetinfo.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi deyib.
"Onlar bizim ali liderimizi, ən vacib komandirlərimizi öldürdülər. Belə zəngin sivilizasiyaya, suveren dövlətə malik bir ölkənin bu dəhşətli təcavüzə qarşı laqeyd qalacağını gözləyirsinizmi?", - deyə o, İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.
Bəqayinin sözlərinə görə, avropalılar böyük məsuliyyət daşıyırlar və ABŞ və İsrailə yalvarmamalıdırlar.
"Onlar bu ədalətsizliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarətli olmalıdırlar və əgər belə etsələr, biz onların vasitəçi kimi çıxış etmələrini istərdik", - deyə Bəqayi vurğulayıb.