Siyasət 13-03-2026, 17:44

Livan Prezidenti İsrailə atəşkəs təklifi etdi

Livan Prezidenti Cozef Aun İsrailə bir aylıq atəşkəs təklifi edib

Planetinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Nəşrin məlumatına görə, dövlət başçısı sülh təklifini ABŞ-nin Livandakı səfiri Maykl İssa vasitəsilə İsrail tərəfinə çatdırıb.

Aun iddia edir ki, dövlət silah inhisarının həyata keçirilməsi İsrailin quruda, havada və dənizdə artan hərəkətləri qarşısında başa çatdırıla bilməz.

Xəbər lenti