Siyasət 13-03-2026, 18:01

G7 ölkələri Trampdan müharibəni tezliklə dayandırmağa xahiş etdi

G7 ölkələrinin liderləri Trampı Hörmüz boğazında ticarətin məhdudlaşdırılması nəticəsində yaranan iqtisadi itkilərə görə İrana qarşı əməliyyatı tez dayandırmağa çağırıblar.

Planetinfo.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb. 

Tramp da öz növbəsində buna boğazdakı vəziyyətin yaxşılaşdığını və ticarət gəmilərinin tezliklə oradan keçə biləcəyini bildirərək cavab verib.

Xatırladaq ki, martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru İbrahim Cabari xəbərdarlıq edib ki, dünya neft ixracatının beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail və ABŞ-nin hərbi əməliyyatları səbəbindən gəmiçilik üçün bağlanacaq.

Xəbər lenti