ABŞ İrana qarşı gələcək hərbi əməliyyatlardan yayınmaq üçün USS Gerald Ford təyyarədaşıyan gəmisini yandırıblar.
Planetinfo.az xəbər verir ki, bu barədə İran Mərkəzi Komandanlığının sözçüsü Xatəm əl-Ənbiya bildirib.
Məlumata görə, Amerika qüvvələrinin məğlubiyyətini kompensasiya etmək üçün Aralıq dənizindən Hind okeanına və Oman körfəzinə gələn USS Gerald Ford təyyarədaşıyan gəmisi, gəmi heyətinin qorxusundan bir neçə amerikalı hərbçi tərəfindən Qırmızı dənizdə qəsdən yandırılıb.
Qeyd edək ki, martın 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Qırmızı dənizdə olan və Yaxın Şərqdə İrana qarşı əməliyyatda iştirak edən ABŞ təyyarədaşıyan gəmisi USS Gerald Fordda yanğın baş verdiyini bildirib.