Siyasət Bugün, 17:10

Türkiyə İrana məktub göndərdi - Raket atışlarında əli olanların tapılmasını istəyir

Ankara Tehrana Türkiyəyə raket atışlarına görə məsul şəxslərin müəyyən edilməsi barədə məktub göndərib.

Planetinfo.az xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat yayıb.

Kanal bildirib ki, Türkiyə müharibənin tərəfi deyil və münaqişəyə cəlb olunmamaq üçün ehtiyatlı davranır. Türkiyə bölgədə yeni gərginliyin yaranmasının qarşısını almaq üçün məsuliyyətlə hərəkət edir və bu mövqeyi bütün tərəflərə çatdırır. İran tərəfinə hücuma görə məsul şəxslərin dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi lazım olduğu barədə aydın bir mesaj verilib.

Xəbər lenti