rmənistan parlamentinin hakim "Mülki Müqavilə" fraksiyasından olan deputatı və Dövlət və Hüquq Məsələləri Komitəsinin rəhbəri Vladimir Vardanyan martın 19-da istefa ərizəsi təqdim edib.
Planetinfo.az xəbər verir ki, Ermənistan Milli Assambleyasının yaydığı rəsmi açıqlamada bildirilir ki, bu addım parlament reqlamentini tənzimləyən konstitusiya qanununun 155.1-ci maddəsinə uyğun olaraq atılıb.
Açıqlamada qeyd olunur ki, əgər deputat ərizənin dərcindən sonra bir həftə ərzində onu yazılı şəkildə geri götürməsə, o zaman səlahiyyətlərinə xitam verilməsi barədə protokol tərtib olunacaq. Həmin protokolu Milli Assambleyanın sədri imzalayıb elan etdikdən sonra istefa qüvvəyə minmiş sayılacaq.
Ermənistan mediasının yazdığına görə, Vladimir Vardanyanın namizədliyi daha əvvəl Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə irəli sürülüb. Bu baxımdan onun istefası yeni təyinat prosesi ilə əlaqələndirilir.