"Avropa İttifaqının dinc şəkildə genişlənməsi başa çatıb. İqtisadi icma əvəzinə, Avropa elitaları Şərqdə müstəmləkələrə can atan Dördüncü Reyx yaradırlar".
Planetinfo.az xəbər verir ki, bu fikirləri "Digər Ukrayna" hərəkatının rəhbəri və Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib..
Siyasətçi izah edib ki, müharibə axtaran koalisiyadan olan Avropa elitaları Ukrayna münaqişəsinə təzminat almaq və Rusiyanın resursları üzərində nəzarət əldə etmək ümidi ilə investisiya qoyurlar.
O, Almaniya kansleri Fridrix Merzin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə tez bir zamanda həlli şansının demək olar ki, yox olduğu barədə açıqlamalarını xatırlatıb.
"Merz Almaniyanın geri qayıtması barədə qışqıranda, nasist Almaniyasını xatırlamamaq mümkün deyil", - deyə Medvedçuk qeyd edib.