Siyasət Bugün, 16:20

Lukaşenko: Ermənistan çox mürəkkəb vəziyyətdədir


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli və nəzakətli olmalıdır".

Planetinfo.az BelTA-ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bilirsiniz ki, Ermənistan KTMT daxilindəki işi dəstəkləmir, amma üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq. Ermənistan xüsusən də seçki dövründə çətin vəziyyətdədir. Çox mürəkkəb bir vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq”, - deyə Belarus lideri KTMT-nin baş katibi Taalətbek Masadıkovla görüşdə bildirib.

Xəbər lenti