Siyasət Bugün, 17:50

Ukrayna Rusiyanın ən böyük neft terminalına dronla hücum etdi


Rusiyanın cənubundakı ən böyük neft terminalı olan Şesxaris ötən gecə Ukrayna dronlarının kütləvi hücumundan sonra yanıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi NASA peyk görüntülərinə istinadən məlumat yayıb.

Terminal "Transneft"in bir hissəsidir və ölkənin cənubundakı boru kəmərlərinin son nöqtəsidir. Onun ötürmə gücü gündə 1 milyon bareldir və Rusiyanın dəniz yolu ilə neft ixracının 20%-ə qədərini təşkil edir. Bu, obyektə edilən üçüncü hücumdur. Əvvəlki hücumlar 2025-ci ilin noyabrında və 2 mart 2026-cı ildə baş verib.

Krasnodar şəhərinin qubernatoru Veniamin Kondratyev Novorossiyskə edilən dron hücumunu təsdiqləyərək yaşayış binalarına və bir neçə müəssisəyə dəyən ziyanı qeyd etsə də, Şesxarisdən bəhs etməyib. Bu arada sosial mediada yayılan videolarda terminala birbaşa zərbə endirildiyi aydın görünür.

Qeyd edək ki, son həftələrdə Ukrayna Rusiya limanlarına və neft terminallarına kütləvi hücumlar həyata keçirib.

Xəbər lenti