"Tehran Hörmüz boğazını gəmiçilik üçün açmaq istəyini bildirdikdən sonra ABŞ İranla bağlı münaqişədə atəşkəsə razılıq verib".
Planetinfo.az xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Vens Macarıstanın paytaxtı Budapeştdə Matyás Corvinus kollecində çıxış edərkən deyib.
"ABŞ Prezidenti Tramp əslində iranlılara ultimatum verib. O, deyib ki boğazı açın. Qlobal iqtisadiyyatı girov saxlamağı dayandırın və biz atəşkəs barədə danışıqlar aparacağıq. Məhz bu, bir gecədə əldə etdiyimiz razılaşmadır. İranlılar boğazı açmağa razılıq veriblər" - deyə Vens yekunlaşdırıb.