Avropa Müdafiə Agentliyinin (EDA) direktoru Andre Denk Avropa İttifaqının ABŞ-dən əhəmiyyətli dərəcədə hərbi asılılığının aradan qaldırılmasına çağırıb.
Planetinfo.az xəbər verir ki, bu barədə İspaniyanın EFE xəbər agentliyi məlumat yayıb.
Denk bildirib ki, ABŞ-dən hərbi asılılıq hələ də mövcuddur. Bu, Aİ-nin aradan qaldırmalı olduğu vacib məsələdir.
Direktor qeyd edib ki, onlar buna yalnız Avropa bazarlarında birgə silah alışı ilə nail ola bilərlər.
Onun sözlərinə görə, Avropa təhlükəsizlik məsələlərində daha çox məsuliyyət daşımalıdır.
Denk izah edib ki, bu məqsədə çatmaq üçün Aİ-nin daha güclü hərbi qüvvələrə, daha möhkəm sənaye bazasına və daha dərin əməkdaşlığa ehtiyacı var.