Siyasət Bugün, 17:35

Ukrayna aviasiya yanacağı çatışmazlığı ilə üzləşə bilər


Ukrayna Hərbi Hava Qüvvələri Yaxın Şərqdəki münaqişə səbəbindən F-16 və Mirage qırıcıları üçün reaktiv yanacaq çatışmazlığı ilə üzləşə bilər.

Planetinfo.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert və FinPoint investisiya bankçılıq şirkətinin həmtəsisçisi Sergey Budkin bildirib.

O, Facebook səhifəsində bunları yazıb:

Ekspertin sözlərinə görə, bu bölgədən neftin 20% itirilməsi aviasiya yanacağı bazarına qeyri-mütənasib təsir göstərib.

"Bu, Ukrayna üçün niyə vacibdir? Çünki F-16 və Miraj müharibədən əvvəlkindən iki dəfə baha olan yanacaqla doldurulur və bu da büdcə kəsirinin maliyyələşdirilməsinə ehtiyacı artırır. Avropada yanacaq rasionunun tətbiqi Ukrayna Hərbi Hava Qüvvələrinə tədarükü məhdudlaşdıra bilər", - deyə Budkin izah edib.

Xəbər lenti