İsrailin Livan ərazisinə hücumları Yaxın Şərqdə sülhün bərqərar olması üçün beynəlxalq səylərə mane olur.
Planetinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında deyilir:
"Pakistan günahsız insanların ölümünə və infrastrukturun geniş şəkildə dağıdılmasına səbəb olan İsrailin Livana qarşı davam edən təcavüzünü ən sərt şəkildə pisləyir. İsrailin hərəkətləri regionda sülh və sabitliyin bərqərar olması üçün beynəlxalq səyləri sarsıdır və beynəlxalq hüququn və fundamental humanitar prinsiplərin kobud şəkildə pozulmasıdır".
Qeyd edək ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.