Siyasət Bugün, 16:45

İran əməliyyatı Vaşinqtonun münasibətlərinə ciddi ziyan vurub


ABŞ-nin İrana qarşı hərbi əməliyyatı Vaşinqtonun Avropa və Asiyadakı müttəfiqləri ilə münasibətlərinə ciddi ziyan vurub.

Planetinfo.az xəbər verir ki, bu sözləri ABŞ-nin İsraildəki sabiq səfiri Den Şapiro deyib.

O, bu barədə X-də paylaşım edib:


"Bu, dağıdıcı xarici siyasətdir. İrana qarşı düşünülməmiş və zəif hesablanmış müharibə Avropa və Asiyadakı müttəfiqlərimizlə münasibətlərimizə lazımsız ziyan vurub".

Onun fikrincə, Trampın gələcək hərəkətləri müttəfiqlərin etimadını daha da sarsıda bilər. Buraya prezidentin ABŞ-ın NATO-dan mümkün çıxması ilə bağlı ritorikası da daxildir.

Xəbər lenti