ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi dəniz blokadası Amerika qoşunları arasında itkilərin artmasına səbəb ola bilər.
Planetinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata əsasən, blokadanın tətbiqi xeyli resurslar və dəniz qüvvələrinin iştirakını tələb edəcək ki, bu da şəxsi heyət üçün riskləri artıracaq. Qeyd olunub ki, ABŞ əvvəllər də İrana hava hücumları həyata keçirib.
Vəziyyət İranın artıq dronlar və kiçik gəmilərdən istifadə edərək Amerika gəmilərinə hücum etməyə hazır olduğunu bəyan etməsi ilə mürəkkəbləşir ki, bu da eskalasiya və itki ehtimalını artırır.
Qeyd edək ki, ABŞ və İran İslamabadda danışıqlar aparsalar da, razılığa gələ bilməyiblər.