Böyük Britaniya 2026-cı ildə Ukraynaya 120 min pilotsuz uçuş aparatı tədarük edəcək.
Planetinfo.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin yaydığı bəyanatda bildirilib.
Məlumatda qeyd olunub ki, Britaniya tərəfindən indiyə qədər təqdim edilən ən böyük yeni paketə minlərlə uzunmənzilli zərbə dronları, kəşfiyyat və müşahidə dronları, logistika dronları və dəniz aktivləri daxil olacaq ki, bunların hamısı artıq Ukraynadakı cəbhə xəttində döyüş sınaqlarından keçirilib. Yeni dronların tədarükü artıq aprel ayında başlayıb.
Britaniya hökuməti vurğulayıb ki, bu silahların Britaniyada yerləşən Tekever, Windracers və Malloy Aeronautics zavodlarında istehsalı yeni iş yerlərinin yaradılmasına kömək edəcək.
Bildirilib ki, PUA istehsalı xərcləri bu il Ukraynaya ayrılan 3 milyard funt sterlinq məbləğində yardım paketinə daxildir.