Siyasət Bugün, 11:47

Azərbaycan -İran sərhədi ilə bağlı rəsmi AÇIQLAMA


Azərbaycan-İran sərhədindəki infrastruktur sutkada 1 000-ə yaxın yük maşınının buraxılmasına imkan verəcək.


Planetinfo.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.


"Daha əvvəl biz Rusiya nümayəndə heyəti ilə birlikdə Ağbənd qəsəbəsi istiqamətində avtomobil yolu, avtomobil körpüsü və Azərbaycan-İran sərhədində inşa edilməkdə olan buraxılış məntəqələri daxil olmaqla, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qollarının əsas komponentlərinə baxış keçirmişik. Bu infrastruktur sutkada minə yaxın yük avtomobilinin buraxılış qabiliyyətini təmin edəcək", - o qeyd edib.

Xəbər lenti