Sosial 1-06-2026, 10:55

Qanunsuz saxlanılan silahlar aşkarlandı


Mayın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 5 patron darağı və 79 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Planetinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Xəbər lenti