"Son günlər mətbuatda, sosial şəbəkələrdə çap mediasının gələcək taleyi ilə bağlı müxtəlif fikirlər səslənir. Mən hesab edirəm ki, çap mediası, qəzetlər yaşadılmalıdır".
Planetinfo.az xəbər verir ki, bunu "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib. Baş redaktor bildirib ki, ədəbi dilin qorunmasına da məhz daha çox yazılı, çap mediası xüsusi diqqət yetirir:
"Hesab edirəm ki, çap mediasının saxlanılması, yaşadılması üçün hansısa formada müzakirələr aparmaq olar. Düşünürəm ki, bunu müxtəlif yollarla həll etmək olar. Dövlətin hər zaman mediaya, çap mətbuatına diqqət və qayğısı olub. Hesab edirəm ki, bu diqqət və qayğı bundan sonra da davam edəcək. Bütün halda çap mediası, qəzetlər yaşadılmalıdır".
Akif Aşırlı onu da qeyd edib ki, elektron mediadan fərqli olaraq çap mediasında ədəbi dilin normalarının pozulması, orfoqrafik səhvlərə daha az rast gəlinir.
Füzuli