Sosial 28-11-2025, 10:53

Yeniyetmələr arasında baş verən cinayət hadisəsinin kökündə bir sıra sosial və psixoloji amillər dayanır



Gəncədə son zamanlar yeniyetmələr arasında baş verən zorakılıq və cinayət hadisələri cəmiyyət üçün ciddi narahatlıq doğurur.

Planetinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas Əli İbrahimov deyib ki, bu hadisələrin kökündə bir sıra sosial və psixoloji amillər dayanır:

"Onların həlli təkcə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə mümkün deyil. İnsanlar konfliktləri dialoq və hüquq çərçivəsində deyil, əksər hallarda güc və aqressiya yolu ilə həll etməyə meyllənirlər. Bu meyl, xüsusilə ailə institutunun zəiflədiyi mühitlərdə daha da qabarıq görünür. Ailə dəyərlərinin çatışmazlığı gənclərin davranışını düzgün istiqamətləndirməyi çətinləşdirir və konfliktlərin sərt nəticələrə yol açmasına zəmin yaradır. Bununla yanaşı, küçə mədəniyyətinin, şiddətin və aqressiv davranışların sosial şəbəkələrdə qəhrəmanlaşdırılması gənclərin psixologiyasına mənfi təsir göstərir. Bu təsir onların zorakılığı normal və qəbul edilə bilən bir davranış kimi qavramasına səbəb olur".

Əli İbrahimov qeyd edib ki, hüquqi məsuliyyət hissinin yetərincə formalaşmaması isə gəncləri bu kimi hərəkətləri etməyə cəsarətləndirir:

"Belə bir vəziyyət, cəmiyyətin və hüquq sisteminin həm maarifləndirmə, həm də tərbiyə rolunu gücləndirməsini tələb edir".

Anar

Xəbər lenti