Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov İstanbula səfəri çərçivəsində bir sıra ali təhsil müəssisələrində görüşlər keçirib.
Planetinfo.az səfirliyə istinadən bildirir ki, səfir İstanbuldakı Üsküdar Universitetinin rektoru. Dr. Nazife Güngör və təsisçisi professor doktoru Nevzat Tarhanla görüşüb.
Görüş zamanı universitetlərarası akademik əməkdaşlıq, birgə layihələr və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələləri müzakirə edilib.
Anar