Dünya 1-12-2025, 11:15

ABŞ və Suriya İŞİD-ə qarşı birgə əməliyyat keçirib

ABŞ və Suriya İŞİD-ə qarşı birgə əməliyyat keçirib
ABŞ və Suriya qüvvələri terror təşkilatı İŞİD-in Suriyadakı silah anbarlarına qarşı birgə əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"CENTCOM və Suriya Daxili İşlər Nazirliyinə bağlı qüvvələr 24-27 noyabr tarixləri arasında Suriyanın cənubunda İŞİD-in silah anbarlarının yerləşdiyi 15-dən çox yeri müəyyən edib və məhv edib", - CENTCOM-un yaydığı açıqlamada qeyd olunub.

Xəbər lenti