Qətər ABŞ və Venesuela arasında vasitəçi kimi çıxış etməyə hazırdır.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu Qətərin Xarici İşlər Nazirliyi açıqlayıb. Nazirlik bildirib ki, ancaq Qətərin təşəbbüsünə hələlik Birləşmiş Ştatlar və Venesueladan heç bir cavab gəlməyib.
"Biz iki ölkə arasında yaranmış problemin diplomatik yolla, danışıqlar vasitəsilə həllinə tərəfdarıq. Hesab edirik ki, tərəflər problemi danışıqlar yolu ilə həll etmək iqtidarındadırlar",-deyə nazirlik bildirib.
Anar