Dünya 4-12-2025, 12:18

Avropa Rusiya ilə Ukrayna ərazisində döyüşməyə başlayacaq




"Rusiyanın sülh planından imtina etməsindən sonra müharibənin davam edəcəyi aydındır. Putinin Avropanı təhdid edən çıxışından sonra isə müharibənin Ukrayna ərazisində daha da qızışacağını proqnoz etmək olar".

Bu fikirləri Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Rusiya-Ukrayna müharibəsinin həllinə yönəlik təklifləri dəyərləndirərkən səsləndirib. O bildirib ki, Avropanın Ukraynaya hərtərəfli yardımlarını artıacağı da gözlənilən hadisələr arasındadır:

"Avropa Rusiya ilə Ukrayna ərazisində döyüşməyə başlayacaq. Çünki Ukrayna Avropanın ön cəbhəsidir".

Azər Qasımov onu da qeyd edib ki, sülh üçün tərəflərin şərtləri praktiki olaraq bir-biri üçün qəbul edilməzdir:

"Tərəflərdən biri məğlub olmayınca müharibə davam edəcək. Ukrayna tərəfində son korrupsiya söyləntiləri fonunda mənəvi və fiziki yorğunluq hiss olunsa da sona kimi düşməkdən başqa çıxış yolu yoxdur. Rusiyanın Avropanı müharibədə maraqlı olmasını bildirməsi və Rusiyanın bu gün müharibəyə hazır olmasını deməsinin əslində, arxa planda ciddi əsası yoxdur".

Anar

Xəbər lenti