Dünya 15-12-2025, 09:44

"Zelenski Trampı fakt qarşısında qoydu"

"Zelenski Trampı fakt qarşısında qoydu"
Ukrayna prezidenti Vladimir Zelenski nə qədər təcrübəsiz təqdim edilsə də, bugünkü gün Putin və Tramp tandeminə qarşı həm mübariz Ali Baş Komandan, həm də peşəkar diplomat, siyasətçi və əsl lider kimi çıxış edərək onları qabaqlaya bilir. Əvvəla, Trampın təqdim etdiyi 28 bəndlik sülh layihəsi mahiyyətinə görə kapitulyasiya sənədi kimi Zelenski tərəfindən birbaşa rədd edilmədi.

Planetinfo.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, ancaq Zelenski elə bir siyasi gediş etdi ki, faktiki olaraq Tramp dalana dirəndi və Zelenski Trampın sülh planından imtina etmədən Londona səfər edərək Avropa liderlərinin iştirakı ilə hazırlanmış yeni sülh layihəsini təklif etməklə Trampı fakt qarşısında qoydu və Zelenski bu gediş ilə Trampın bütün "səylərini" sıfırladı. Trampın təqdim etdiyi sülh layihəsi nəinki qəbul edilmədi, heç müzakirə belə olunmadı. Təbii ki, Tramp reallıq qarşısında məcburi şəkildə geri çəkilməyə məcbur edildi. Bu gedişi ilə Zelenski həm Trampı, həm də sülhə çox ehtiyacı olan, işğalını rəsmiləşdirmək istəyən Vladimir Putini üstələdi.

Nəsimi

Xəbər lenti