Dünya 15-12-2025, 07:59

Sidneydə terrorçulardan birini zərərsizləşdirən şəxsə 100 milyon dollar mükafat verilib



Sidneydəki çimərliklərdən birində terror aktı həyata keçirən şəxslərdən birini zərərsizlıəşdirən şəhər sakininə 100 milyon dollar mükafat verilib.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə amerikalı maliyyəçi və sahibkar Bill Akman X hesabında yazıb.

Sahibkar qeyd edib ki, 14 dekabrda Bondi çimərliyində insanlara hücum edən terrorçulardan birini zərərsizləşdirən Sidney sakini Əhməd üçün ianə toplama kampaniyasına başlayıb və qısa müddətdə təxminən 100.000 dollar toplanaraq qəhrəmana bağışlanıb.

Məlumat üçün qeyd edək ki, baş verən terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb.

Anar

Xəbər lenti