Dünya 16-12-2025, 09:19

"ABŞ-ın xarici siyasəti maddi fayda prinsipi ilə formalaşıb"

"ABŞ-ın xarici siyasəti maddi fayda prinsipi ilə formalaşıb"
“Prezident Donald Trampın xarici siyasət doktrinası ABŞ-ın müharibədən sonrakı dövrdə formalaşdırdığı “Pax Americana” (Amerika sülhü) yəni Amerikanın liderliyi və qlobal təhlükəsizlik təminatına əsaslanan ideoloji sistemdən faktiki imtinası ilə xarakterizə olunur. Onun yerinə “America First” (Amerika Birinci) və “Make America Great Again” (Amerikanı yenidən böyük edin) (MAGA) şüarları əsasında milli maraqlara əsaslanan praqmatik və sərt bir doktrina irəli sürüb.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, bu yanaşmanın əsas fərqi ondadır ki, Tramp dövründə əməliyyat və ticarət məntiqinə əsaslanan siyasət yalnız prezidentin fərdi davranış tərzi kimi qalmadı, ABŞ-ın beynəlxalq arenadakı rəsmi və institusional strategiyasına çevrildi. Beləliklə, ilk dəfə olaraq Amerikanın xarici siyasəti dəyərlər və alyanslar üzərində deyil, maddi fayda, iqtisadi dividendlər və təhlükəsizlik yükünün yenidən bölüşdürülməsi prinsipi ilə formalaşmağa başladı:

"MAGA şüarından ilhamlanan Tramp administrasiyası Amerikanın üstünlüyünü qorumaq üçün iki əsas aləti ön plana çıxardı: Birincisi, iqtisadi və ticarət təzyiqləri, ikincisi isə hərbi çəkindirmənin maliyyə yükünün müttəfiqlərin üzərinə qoyulmasıdır. Bu mənada milli maraqlar ideoloji prinsiplərdən üstün tutulur və xarici siyasət birbaşa iqtisadi qazanca endirilir. ABŞ-ın təhlükəsizlik zəmanətləri artıq “müttəfiqlik borcu” deyil, ödənişli xidmət kimi təqdim olunur".

Nəsimi

Xəbər lenti