Dünya 16-12-2025, 08:23

"ABŞ Avropa arasındakı çat getdikcə dərinləşir"

"ABŞ Avropa arasındakı çat getdikcə dərinləşir"
ABŞ-la Avropa arasındakı dərin fikir ayrılıqları artıq açıq şəkildə etiraf olunur. Almaniya kansleri Fridrix Merz Xristian Sosial Birliyinin (XSS) qurultayında çıxış edərək bildirib ki, Avropa üçün “Pax Americana” dövrü başa çatıb: “Pax Americana onillikləri bizim üçün bitdi. Nostalji kömək etməyəcək. Bu, faktdır!”

Merz vurğulayıb ki, ABŞ bu gün öz maraqlarını əvvəlkindən daha israrla müdafiə edir və bu, Avropanı öz müdafiə və strateji imkanlarını yenidən qurmağa məcbur edir. Hələ bundan bir meddət öncə alman kansler Fridrix Merz bildirib ki, son 80 ildə Qərbin, son 35 ildə isə Şərqin şahidi olduğu dünya sistemi artıq keçmişdə qalıb.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

Kanslerin “Almaniya sıfırdan yenilənməlidir” ifadəsi Avropanın mövcud modelinin dərin böhran içində olduğunun açıq etirafıdır:

"Ukrayna müharibəsi və yeni dünya nizamının sınağı
ABŞ Ukrayna müharibəsinə də məhz “America First” və MAGA doktrinası prizmasından yanaşır. Vaşinqton üçün əsas prioritet isə münaqişənin Amerikanın iqtisadi və geosiyasi üstünlüyünə xidmət etməsi, Avropanın isə bu prosesdə daha çox məsuliyyət daşımasıdır.

Avropa isə bu xəttə müqavimət göstərməyə çalışır. Bir tərəfdən Ağ Evi bu siyasətin Avropanın milli maraqlarına zidd olduğuna inandırmaq istəyir, digər tərəfdən isə öz gələcək siyasi, iqtisadi və təhlükəsizlik modelini formalaşdırmağa çalışır. NATO baş katibi Mark Rüttenin Avropanın təhlükəsizliyini gücləndirməklə bağlı çağırışları da bu strategiyanın tərkib hissəsidir".

Nəsimi

Xəbər lenti