ABŞ prezidenti Donald Trampın administrasiyası NATO-nun kollektiv müdafiə prinsipini özündə əks etdirən Şimali Atlantika Müqaviləsi 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri müqabilində Ukraynaya ərazi güzəştləri tələbi ilə ultimatum verib.
Politico-nun mənbələrə istinadən verdiyi məlumata görə, Kiyev indi bu şərtlərlə razılaşmalıdır, əks halda Amerika tərəfinin növbəti təklifi o qədər də əlverişli olmayacaq.
Nəsimi