Dünya 19-01-2026, 00:17

Kiyev və Vaşinqton Davosda danışıqları davam etdirmək barədə razılığa gəliblər



Ukrayna və Amerika nümayəndə heyətləri ABŞ-dakı danışıqlar zamanı iqtisadi məsələləri və təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.

Planetinfo.az TASS-a istinadən bildirir ki, tərəflər Davosda keçirilən Dünya İqtisadi Forumunda nümayəndə heyətləri səviyyəsində müzakirələri davam etdirməyi qərara alıblar.

Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov bildirib. O, Floridada keçirilən danışıqlardan sonra Vaşinqton vı Kiyev arasında heç bir razılaşma əldə olunmadığını deyib.

Umerov özünün Telegram kanalında yazıb:

"Biz Ukraynanın iqtisadi inkişafını və çiçəklənmə planını, eləcə də təhlükəsizlik zəmanətlərini ətraflı müzakirə etdik.Onların həyata keçirilməsi üçün praktik mexanizmlərə diqqət yetirdik. Davosda məsləhətləşmələrin növbəti mərhələsində komanda səviyyəsində işləməyə davam etmək barədə razılığa gəldik".

Anar

Xəbər lenti