Gündəm Bugün, 22:25

Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldili



Bu ilin 7 ayında pensiya ödənişlərinə 4 milyard 568 milyon manat vəsait yönəldilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olub.

"Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.

Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib", - məlumatda vurğulanıb.

Xəbər lenti