Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşüb.
Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1420-si əkiz, 57-si isə üçəm olub.
Qeyd edilib ki, doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (10,1), Lənkəran-Astara və Şərqi Zəngəzur (9,9), Qarabağ (9,7), Mil-Muğan (9,0), Quba-Xaçmaz (8,9), Şirvan-Salyan (8,8), Mərkəzi Aran (8,7), Qazax-Tovuz (8,6) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,0) yüksək olub.